“Mersedes” “Ford”la toqquşdu – Sürücü ÖLDÜ

Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə İyulun 18-də Balakən şəhəri ərazisində qeydə alınıb.
Belə ki, rayon sakiniləri Tofiq Məcidovun idarə etdiyi "BMV" və Qurban Alqayevin idarə etdiyi "Ford-Tranzit" markalı avtomobillər toqquşub.
Nəticədə xəstəxanaya yerləşdirilən sürücü T.Məcidov orada ölüb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.