“Mersedes” 4 yaşlı uşağı vurub - MİNGƏÇEVİRDƏ

Mingəçevirdə avtomobil 4 yaşlı uşağı vurub.
 
Hadisə şəhərin 20 Yanvar küçəsində, "Karyer" adlanan ərazidə baş verib.
Belə ki, “Mersedes” markalı avtomobil yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Xasiyev Ümid Vüsal oğlunu vuraraq ağır xəsarət yetirib. Müxtəlif bədən xəsarətləri alan azyaşlı təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.