Merkelin sözləri Trampın qızı İvankanı qəzəbləndirdi

Baxış sayı:
6787

ABŞ prezidenti Donald Trampın qızı və məsləhətçisi Ivanka Trampın Amerikalıların nümayəndə heyətində Münhen Təhlükəsizlik Konfransında iştirak etməsi, Almaniya baş naziri Angela Merkelin Amerikalı lideri tənqid etməsinə İvankanın təpki göstərməsi diqqətlərdən qaçmayıb.
 
Merkel Donald Trumpun alman avtomobillərini “milli təhlükə” olaraq adlandırmasına təpki göstərərək "Avtomobillərimizdən qürur duyuruq. Onlar ABŞ-da istehsal olunur” deyib.
 
"BİZİM ƏN BÖYÜK FABRİKAMIZ ALMANİYADA DEYİL, AMERİKADADIR"
 
Merkel BMW-nin ən böyük fabrikinin Bayerdə (Almaniya) deyil, Cənubi Karolinada (Amerikada) olduğunu söyləyib, salonda alqışlarla qarşılanıb.
İvanka Tramp Alman liderinə təpki göstərərək alqışlamayıb və salonda Merkeli alqışlamayan tək adam olub.
Müxalifət.az