​Merkelin bu sözləri Türkiyəni qəzəbləndirdi: Sərt tənqid

Baxış sayı:
1858

Türkiyə mətbuatında Almaniya kansleri Angela Merkelin Bundestaqda çıxışı zamanı Rusiya və Türkiyənin Suriyada apardığı əməliyyatları kəskin tənqid etməsi narazılıqla qarşılanıb.
Muxalifet.az xəbər verir ki, “Son haber” nəşrində dərc edilmiş “Merkel antiterror əməliyyatını “qanunsuz” hesab edir” sərlövhəli məqalədə Almaniya kanslerinin bəyanatı istehza ilə şərh olunub.
Almaniya kansleri Şərqi Qutada gedən döyüşləri “ən amansız” əməliyyat kimi dəyərləndirib. Onun fikrincə, Afrin əyalətindəki vəziyyət də yolverilməzdir və Türkiyənin təhlükəsizlik maraqlarına rəğmən bu əməliyyat qanunsuzdur.
AFR Konstitusiyasında təsbit olunmuş “İnsan ləyaqəti toxunulmazdır” maddəsini sitat gətirən Merkel əlavə edib ki, Almaniya qaçqınları qəbul etməkdə davam edəcək. Onun sözlərinə görə, hüquqi dövlətdə qəddarlıq, ksenofobiya və antisemitizm təzahürlərinə yer yoxdur. Lakin Almaniyada yaşamaq üçün icazə alanların cəmiyyətə inteqrasiyası zəruridir.