​Merkeldən Vaşadzeyə dəstək - Videogörüntü yayıldı

Baxış sayı:
745

Almaniya Kansleri Angela Merkel Gürcüstan prezidentliyinə namizəd Qriqol Vaşadze ilə görüşüb.
Muxalifet.az xəbər verir ki, Gürcüstanın Milli Hərəkət Partiyasınin Helsinkidə keçirilən qurultayında baş tutan görüşün videogörüntüsü “Rustavi 2” telekanalında yayımlanıb.
Merkellə görüşdən sonra Vaşadze oktyabrın 28-də Gürcüstandakı prezident seçkilərinin ilk turu haqqında danışıb.
Onun sözlərinə görə, Merkellə seçkilərin ikinci turu haqda müzakirə aparıb.
Qriqol Vaşadze eyni zamanda, Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti komissarı Yohannes Xan və Milli Hərəkat Partiyasının lideri, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə görüşüb.
Qeyd edək ki, Qriqol Vaşadze Gürcüstan seçkilərinin ilk turunun qaliblərindən biridir. O, ikinci turda hakim Gürcü Arzusu Partiyasının namizədi Salome Zurabişvilini məğlub etməyə çalışacaq.
Onu da əlavə edək ki, Qriqol Vaşadze azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsi üzrə keçirilən seçkilərdə qalib olub. Bu münasibətlə Saakaşvili azərbaycanlılara təşəkkür edib.