Merkeldən Türkiyə əleyhinə çıxış

Baxış sayı:
7243

Almaniyanın baş naziri Merkel Türkiyədə keçirilən bələdiyyə seçkilərindən sonra yaşanan gəlişmələrin bu ölkəni Avropa Birliyi (AB) üzvlüyünə yaxınlaşdırmadığını söyləyib.
 
Merkel, "Bələdiyyə seçkilərindən sonra yaşanan son gəlişmələr Türkiyənin AB üzvlüyünü mümkün hala gətirmir, əksinə, bu ölkənin inkişaf yolu ilə bağlı narahatlıqlara səbəb olur. Mən hər zaman Türkiyənin tam üzvlüyünü düşünə bilmədiyini söylədim" deyə bildirib.
Bununla birlikdə, Almaniyanın Türkiyə ilə olan xüsusi əlaqələrinə vurğu edən Merkel, "Siyasi dəyərlər haqqındakı fikirlər bir çox baxımdan fərqlilik göstərir, lakin ortaq maraqlar da var" deyə qeyd edib.
Bu əlaqələrə nümunə olaraq Almaniya kansleri, Suriyadakı böhranı və terrorla mübarizəni göstərib.
Müxalifət.az