Merkeldən kritik Suriya açıqlaması!

Baxış sayı:
5689

Almaniyanın baş naziri Angela Merkel, Suriyada kimyəvi silah işlədilməsinə qarşı bəyanat verərək, "Almaniya kimyəvi silah istifadəsinə göz yummayacaq" – deyib.
 
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Haley də İdlibdə kimyəvi hücum ehtimalına dair, "Kimyəvi silah istifadə edilənə qədər kənarda durub gözləməyəcəyik. Bu barədə prezident (Donald Tramp) də ictimaiyyət qarşısında açıq danışaraq əgər kimyəvi silah istifadə edilərsə, ABŞ-ın cavab verəcək” deyə, bildirdiyini deyib.
Almaniya XİN rəhbəri Heiko Maas da ötən günlərdə, "Hazırda gündəmimizdə İdlibdə humanitar fəlakətin qarşısının alınması var" deyərkən, Əsəd rejiminin kimyəvi silah təcavüzündən sonra ABŞ, Fransa və İngiltərənin mümkün müştərək əməliyyatına Almaniyanın da qatılıb qatılmayacağı ilə bağlı Almaniya Müdafiə Nazirliyinin monitorinq apardığı iddia edilmişdi.
Müxalifət.az