​Merkeldən kretik Türkiyə açıqlaması: “İqtisadi sabitliyi pozmağa cəhd…”

Baxış sayı:
5020

Türkiyədə iqtisadi baxımdan sabitliyi pozmağa cəhd etmək heç kəsin xeyrinə olmayacaq.
Muxalifet.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel deyib.
Merkel Almaniyanın Türkiyəni iqtisadi rifah içində görmək istədiyini bildirib.
Kanslerdən əvvəl Almaniya hökumətinin sözçüsü Şteffen Şeybert də Türkiyəyə elan edilmiş iqtisadi savaşı pislədiyini deyib: “Türkiyədəki iqtisadi sabitlik bizim də xeyrimizədir. Lirənin məzənnəsini izləyirik, hazırda narahatlıq yaradan vəziyyət yoxdur”.
Qeyd edək ki, türk lirəsi son bir neçə gün ərzində ABŞ dolları qarşısında kəskin dəyər itirib. Hazırda birjalarda 1 lirənin dəyəri 7.2 dollardır.
Digər yandan, ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal edilən alüminium və mədən məhsullarının tarifini 2 dəfə artırıb.