MERKELDƏN DƏHŞƏTLİ AÇIQLAMA - “Almaniya əhalisinin 60-70 faizi koronavirusa yoluxacaq"

Baxış sayı:
2769

Almaniyanın baş naziri Angela Merkel koronavirus ilə bağlı açıqlamasında 82 milyon əhalisi olan Almaniyada 50-60 milyon insanın Kovid-19-a yoluxacağını söyləyib. Merkel deyib: “Almaniyada yaşayan insanların 60-70 faizi virusa yoluxacaq”.
 
Almaniyanın səhiyyə naziri Yens Şpahn da baş nazirin sözlərini təsdiqləyərək, hətta bəzi insanların virus daşıyıcısı olduğunu bilməyəcəklərini söyləyib, 80 faiz insanın bu xəstəliyə rahatlıqla qalib gələ biləcəyini, 65 yaşdan yuxarı şəxslərin xəstəliyi daha ağır keçirəcəyini bildirib. Şpahn xəstəxanalarda əlavə 28 min yataq ayrıldığını da söyləyib.
 
İndiyə qədər Almaniyada virusa yoluxmadan 2 nəfər vəfat edib./Hurriyyet.org