Merkeldən Avropa ordusuna yaşıl işıq!

Baxış sayı:
181

Almaniyanın ba. Naziri Angala Merkel, Avropa Parlamentində (AP) Avropanın gələcəyinə dair çıxış edib.
 
Birliyin Avropanın uğuru üçün əvəzolunmaz olduğunu ifadə edən Merkel, Avropa Birliyi ölkələrinin (Aİ) birlikdə olanda ortaq maraqlarını və dəyərlərini daha yaxşı müdafiə edəcəklərini bildirib.
Aİ-də hərbi sahədə struktur kimi əhəmiyyətli irəliləyişlər əldə olunduğunu vurğulayan Merkel, "Bir gün həqiqi bir Avropa ordusu yaratmaq perspektivi üzərində çalışmalıyıq" deyib.
Merkel, bu ordunun NATO-ya qarşı bir ordu olmayacağını vurğulayaraq, NATO daxilində birgə Avropa ordusu ilə əvəz olunacağını qeyd edib.
Avropanın qlobal səhnədə birlikdəlik göstərdikdə güclü ola biləcəyini, qeyd-şərtsiz başqalarına etibad zamanların bitdiyini dilə gətirən Merkel, bunun Avropalıların öz taleyini öz əlinə alması lazım olduğu mənasına gəldiyini bildirib.
Müxalifət.az