Merkel yenə titrəməyə başladı

Baxış sayı:
14551

Almaniyanın baş naziri Angela Merkel həftələr içərisində üçüncü dəfə titrəmə keçirdiyi görüntülərdə əks olunub.
 
Qeyd edək ki, Almaniyanın baş naziri Angela Merkelin titrədiyi və özünə çətin hakim olduğu görüntülərin ilki Ukraynanın prezidenti Vladimir Zelenskini Berlində qəbul etdiyi zamanda mətbuatda əks olunmuşdu.
Merkelin qorxuducu görüntülərinin ikincisi isə Almaniyanın Ədliyyə naziri Katarina Barleyin Avropa Parlamentinə seçilməsi səbəbiylə təşkil edilən və Almaniyanın prezidenti Frank-Walter Staynmeyerin çıxış etdiyi mərasimdə kameralara əks olunmuşdu.
 
ÜÇÜNCÜ DƏFƏ TİTRƏDİYİ GÖRÜLDÜ
 
İngilis xəbər agentliyi “Reuters” Alman baş nazirin bu dəfə canlı verilişdə Finlandiyanın baş naziri Antti Rinneyi qarşılama mərasimində titrəyərkən görüntülənib.
Müxalifət.az