Merkel təyyarə qəzasından şoka düşdüyünü dedi

Almaniya kansleri Angela Merkel, 150 adamın həyatını itirdiyi qəzadan şoka düşdüyünü deyib: "Bu qəza hər kəsi sarsıtdı. Təyyarənin pilot tərəfindən qəsdən qəzaya uğradıldığını eşitmək isə, geridə qalanları daha çox üzdü. Mən iki gündür şokdayam". Merkel, Alman tərəfinin araşdırmaları bundan sonra da diqqətdə saxlayacağı və bu istiqamətdə lazım olan dəstəyi verəcəklərini bildirib. Bu arada Almaniya Xarici İşlər Nazirliyi, qəzada ölən 150 sərnişinin yarısının Alman vətəndaşları olduğu haqda məlumat yayıb.

azadliq.info