Merkelə şok: alman şirkətləri Türkiyəyə gedir

Almaniya kansleri Angela Merkelin “Gömrük Birliyi razılaşmasını Türkiyənin lehinə yeniləməyi düşünmürük” açıqlamasından sonra daha bir alman şirkəti Türkiyəyə sərmayə yatıracağını açıqlayıb.
 
Almaniya siyasətçilərinin Türkiyə əleyhinə çıxışlar etməsinə baxmayaraq, bu ölkənin nəhəng səhiyyə şirkəti “Synlab” yeni labortatoriyasını Türkiyədə quracağını elan edib.
“Synlab”ın Türkiyə nümayəndəsi İlkər Kütükoğlu, şirkətin Yaxın Şərq, Afrika və Balkan ölkələri üçün kompleks bir laboratoriya açmağı planlaşdırdığını, bunun üçün uyğun ölkə axtardığını və sonda sərmayəni İstanbula yatırmağa qərar verdiyini deyib./axar.az