​Merkel: "Qarabağ nizamlanması zaman tələb edəcək"

Baxış sayı:
5944

Qarabağ münaqişəsinin nizamlanması, bütün tərəflərin məmnun qalması üçün zaman tələb edəcək.
Muxalifet.az “İnterfaks”a istinadən bildirir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.
“Qarşıda uzun yol var. Yalnız bir tərəfin məmnun qalması mümkün deyil. ATƏT-in Minsk qrupunun imkanlarından istifadə etmək lazımdır”, - deyə A.Merkel cümə günü Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib.