Merkel Konya bazası ilə düyünü çözməyə çalışacaq

Almaniya kansleri Angela Merkel Türkiyənin alman deputatların NATO-nun Konyada yerləşən hərbi bazasını ziyarət etməsinə icazə verməməsi haqda danışıb.
 
Merkel Türkiyə ilə bu məsələni müzakirə edəcəklərini bildirib. O, alman millət vəkillərinin öz əsgərlərini ziyarət etmələrinin təbii haqları olduğunu vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə alman deputatların NATO-nun Konyada yerləşən hərbi bazasını ziyarət etməsinə icazə verməyib. Sözügedən bazaya səfər iyulun 17-ə planlaşdırılmışdı.