​Merkel geri çəkildi: HÜCUM ETMƏYƏCƏYİK

Baxış sayı:
3397

Almaniya kansleri Angela Merkel Suriyada kimyəvi silah tətbiq edilməsi iddiaları ilə bağlı açıqlama verib.
Axar.az xəbər verir ki, Merkel ölkəsinin Suriya hökumətinə qarşı hava hücumlarına qoşulmayacağını açıqlayıb.
Qeyd edək ki, Şərqi Qutada kimyəvi silah tətbiq edilməsi iddialarından sonra ABŞ-ın rejimə qarşı hər hansı bir hava əməliyyatına Böyük Britaniyanın dəstək verəcəyi açıqlanmışdı.
Fransa Prezidenti Makronun da bu barədə müsbət qərar verəcəyi gözlənilir.