Meriyadan mitinqlə bağlı AÇIQLAMA

Baxış sayı:
9328

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın fevralın 23-də keçirmək istədiyi mitinqə icazə verməyib.
Muxalifet.az xəbər verir ki, meriyanın imtina məktubu bir qədər əvvəl təşkilatçılardan İbrahim İbrahimli və Rövşən Əhmədliyə təqdim olunub. 
Bu dəfə də mitinqə “yox” cavabı verilməsinin səbəbi eynilə yanvarın 19-da icazə verilmiş mitinqdən sonra baş verən asayiş pozğunluğu, o cümlədən sözügedən mitinqdən sonra 200-dən artıq ayrı-ayrı təşkilat və vətəndaşların mitinqə icazə verilməməsi üçün etdiyi müraciətlər, habelə Bakı şəhər Baş Polis İdarəsinin eyni məzmunlu xahişi olub.