MERİYA QARABAĞ MİTİNQİNƏ "YOX" DEDİ: "Qarabağla bağlı danışıqlar şəffaf aparılır..."

Baxış sayı:
10435

Bakı meriyası "Qarabağ" ictimai komitəsinin işğal edilmiş ərazilərin azad edilməsi üzrə qətiyyətli tədbirlər görmək tələbi ilə mitinq keçirməsinə icazə verməkdən imtina edib. Şəhər administrasiyası noyabrın 24-də mitinq keçirilməsini məqsədəuyğun hesab etməyib.

"Qarabağla bağlı danışıqlar şəffaf aparılır, bütün tədbirlər KİV vasitəsilə təfsilatı ilə işıqlandırılır", deyə meriyanın cavabında bildirilir.

Qeyd edək ki, sentyabrın 29-da "Qarabağ" komitəsi "Qarabağa azadlıq" şüarı ilə mitinq keçirib, hakimiyyətdən bu istiqamətdə qətiyyətli tədbirlər görməyi tələb edib.

Xatırladaq ki, "Qarabağ" komitəsi bu ilin yayında 17 ictimai təşkilatın - Qarabağ Azadlıq Təşkilatı, Klassik Xalq Cəbhəsi Partiyası, Milliyyətçi Hərəkat, Vətəndaş Həmrəyliyi, İslam, Milli Demokrat Partiyalarının və digər təşkilatların iştirakı ilə təsis edilib.