Meriya qadınların “8 mart yürüşü” ilə bağlı müraciətinə cavab verdi

Baxış sayı:
1444

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Feminist Hərəkatının yürüş keçirməklə bağlı martın 2-də göndərdiyi müraciətinə cavab verib.

Muxalifet.az-ın məlumatına görə, cavabda qeyd olunub ki, BŞİH təklif edilən yerin əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin burada çoxlu ictimai iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirin keçirilməsi üçün məqsədəmüvafiq olmadığını bildirib.

Yürüşün keçirilməsi üçün alternativ yer olaraq martın 8-i saat 15:00-dan 16:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindən, Həzi Aslanov küçəsi ilə “Neftçi İdman Klubu” İctimai Birliyinin Qaradağ təlim-idman bazasının yanından hərəkət etməklə 20 Yanvar boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklif olunub.

Qeyd edək ki, Azərbaycan Feminist Hərəkatı BŞİH-ə martın 8-də saat 15:00-da Nizami küçəsindən "Kolorit" kafesinin qarşısına qədər yürüş keçirmək üçün müraciət etmişdi.