Meriya komissiya yaratdı, obyektlərin sənədləri araşdırılır - FOTO

Baxış sayı:
5893

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığı ilə səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə qeyri-qanuni tikilmiş obyektlərin söküntüsünə başlayıb. Eyni zamanda, obyektlərin qarşısına yığılmış mallar yığışdırılır, səyyar reklam şitləri götürülür, binaların estetik ğörünüşünə xələl gətirən paltar ipləri çıxarılır.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat veriblər.

Məlumatda deyilir ki, Xətai rayonunda Məhəmməd Hadi küçəsində, metronun “Əhmədli” və “Həzi Aslanov” stansiyalarının yaxınlığında 4 ərazidə hasar sökülüb və ərazi təmişlənib.

Qanunsuz obyektlərlə bağlı meriyada komissiya təşkil olunub, ərazilərdə tikilən bir sira müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır. Meriyadan qeyd ediblər ki, məqsəd paytaxtın daha da gözəlləşdirilməsi, sakinlərin sosial şəraitinin yaxşılaşdırilması, vətəndaşların istirahətinin səmərəli təşkili, onları narahat edən amillərin aradan qaldırılmasıdır.