“Mercedes”in yeni modeli satışa çıxdı - VİDEO

Baxış sayı:
9556

“Mercedes Benz” şirkətinin yeni “F 015 Luxur” modeli küçəyə çıxıb.
Muxalifet.az xəbər verir ki, ən son model sayılan avtomobil gələcəyin avtomobili saylayır. Maşında avtomatik və fərdi sürücü sistemi var.
“F 015 Luxur” avtomatik sistemdə olanda mavi, sürücü özü sükan arxasında olanda isə ağ işıqla işıqlanır. Oturacaqlar 360 dərəcə dönə bilir və sürücü ilə sərnişinlər arasında komfortu təmin edilir. Qapılar yana açılır və bu da maşına minib düşmək üçün daha da rahatdır.
Qapı şüşələrinin altındakı böyük sensorlu ekranlar avtomobildə oturduğunuz yerdən bütün funksiyalardan istifadəni təmin edir. Üst hissədəki 360 dərəcə dönən kamera da onu daha da mükəmməl edir. Avtomobil özü park edə bilir.
Hibrid sistemli elektriklə çalışan mühərriklə təchiz edilib. 1100 km məsafəni bir dəfəyə qət edə bilir.