"Mercedes" və "Vaz" markalı iki avtomobil toqquşdu YARALANAN VAR

Tovuz rayonunda yol qəzası baş verib.
Rayon ərazisində hərəkətdə olan "Mercedes" və "Vaz" markalı iki avtomobil toqquşub.
Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü, Şəmkirin Sarıtəpə kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədov Elvin Hüseyn oğlu Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.