"Mercedes-Benz" yeni kupesini təqdim etdi

Məşhur tüninq atelyesi İMSA rəsmi olaraq yeni layihəsini təqdim etdi.
 
Layihə "Mercedes-AMG GT S" kupesi əsasında işlənib. Yeni model "RXR One Super GT" adlandırılıb.
Avtomobilin həm xarici görünüşündə, həm də texniki xarakteristikasında dəyişiklik edilib. Aqreqat 860 at gücü hasil edir. Mühəndislər kapotun altına 4. litr həcmli V8 tipli tvin turbo mühərrik yerləşdiriblər.
Yeni modelin çəkisi 300 kq azdır və məhdud sayda istehsal ediləcək./olke.az