Mer təğyiri-libas olub şəhəri gəzir

Baxış sayı:
7475

Qırğızıstanın paytaxtı Bişekekin meri deyir ki, insanların problemlərini yaxından görmək üçün hərdən görkəmini dəyişərək şəhəri gəzir.
 
Albek Ibraimov yerli mediaya danışıb ki, insanların onu tanımaması üçün köhnə paltarlar geyinir və saxta saqqal taxır, Fergana xəbər agentliyi yazır.
"Köhnə paltar geyinirəm ki, heç kim bilməsin. Saqqal taxıram, qalustukumu çıxarıram və gedib baxıram ki, hər şey əslində necədir", o deyir.
Cənab İbraimov bu açıqlamanı şəhərdə ən böyük sayılan Oş Bazarının bir hissəsini məhv edən yanğını müzakirə edərkən verib.


 
O, bu sözləri yanğından sonra problemlə üzləşən ticarətçilərin məsələsindən xəbərdar olduğunu göstərmək üçün deyib.
Fergana xəbər agentliyi deyir ki, bu cari ildə genişlənən pərakəndə ticarət mərkəzində üçüncü yanğındır. Merin sözlərinə görə, rekonstruksiya prosesi çərçivəsində burada müşahidə kameraları və yanğınsöndürən su qurğuları yerləşdiriləcək, KNews məlumat verir.
Cənab İbraimov həm də öz ehtiyatlarını və gəlirlərini yanğında itirənlərə maddi yardım da təklif edib.
Lakin Rusiyanın Mir 24 TV-nin xəbərinə görə, çox sayda yerli ticarətçilər mallarını qeyri-qanuni olaraq satırlar və buna görə çoxları itki ilə üzləşəcək.(Virtualaz)