Mer paytaxtda ucadan azan səsi eşitmək istəmədi...

Baxış sayı:
517

Yalnız yolunu azanlar azan -“Allah böyükdür” sədası eşitmək istəməz...

Ötən həftə Niderland(Hollandiya) paytaxtında tarixdə ilk dəfə olaraq cümə günü müsəlman ibadətgahından azanın uca səslə eşidiləcəyi barədə yazmışdıq.
Moderator.az-ın əldə etdiyi yeni məlumata görə, naməlum şəxslər ötən cümə azandan öncə  Amsterdamdakı Blauve məscidinin minarəsindəki səsgücləndiricilərin xətlərini kəsərək namaza çağırışın ucadan səslənməsinə mane olublar. “NLTimes” nəşrinin yaydığı məlumatda belə deyilir. 
Məscidin imamı  Yassin Əl-Furqani bildirib ki, şəhər rəhbərliyindən qanuni icazə aldıqları  halda belə bir hərəkət rəzil bir təxribatdır və  bu haqda polisə rəsmi məlumat veriləcək.
Xatırladaq ki,  yerli hakimiyyət, o cümlədən Amsterdam meri Femke Halsema “Allahu Əkbər” sədasının ucadan səslənəcəyindən narazı olub.  Odur ki, müsəlmanlar bəhs edilən təxribatın ya merin tərəfdarları, yaxud ifrat millətçi-islamofoblar tərəfindən törədildiyini güman edirlər.
P.S. Yalnız yolunu azanlar azan -“Allah böyükdür” sədası eşitmək istəməz. Yaradan özü onların cəzasını gərəyincə verəcək, inşallah...