"Meqafan"da şarlar partladı, 6 nəfər xəsarət aldı

Baxış sayı:
4678

"Meqafan" Əyləncə Mərkəzində insan tələfatı və yanğınla nəticələnən partlayışın baş verməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bunu report -a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. E.Hacıyev bildirib ki, həmin əyləncə mərkəzində ailə tədbirlərinin birində asılmış helium şarları animatorların ehtiyatsızlığından partlayıb. Nəticədə 2 azyaşlı və 4 böyük olmaqla 6 nəfər yüngül bədən xəsarətləri alıb. Onlara tibbi yardım göstərilib və həyatları üçün təhlükə yoxdur. Faktla bağlı animatorlar Xətai Rayon Polis İdarəsində dindirilərək izahatları alınıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.