Menbiçlə bağlı yenilik: TÜRK VƏ ABŞ HƏRBÇİLƏRİ EYNİ ANDA..

Baxış sayı:
9208

ABŞ ilə aparılacaq Menbiç danışıqlarına dair açıqlama verən Türkiyə XİN rəhbəri Çavuşoğlu, "Yol xəritəsi müəyyən olunacaq. YPG Menbicdən çəkiləcək, ABŞ və Türk əsgərləri birlikdə təhlükəsizliyi təmin edəcək” deyib.
 
ABŞ və Türkiyə xarici işlər nazirlərinin Vaşinqtonda keçirəcəyi görüşdə YPG-nin Menbiçdən çəkilməsi və o bölgədə təhlükəsizliyin təmin olunması üçün təqvim müəyyənləşəcək. Xarici işlər naziri Mövlud Çavuşoğlu Menbiç üçün kritik tarixin 19 mart olduğunu açıqlayıb.
Vaşinqtonda ABŞ və Türkiyə nümayəndə heyətləri bir araya gələrək Menbiçi və Suriya məsələsini müzakirə edib. Xarici işlər naziri Mövlud Çavuşoğlu Menbiçdə bir model tətbiq etmək üçün səylərin davam etdiyini bildirib.
 
TƏHLÜKƏSİZLİYİ TÜRK VƏ ABŞ ƏSGƏRİ TƏMİN EDƏCƏK
 
Çavuşoğlu, "YPG Menbiçdən çəkildikdən sonra orada təhlükəsizliyi Türk və ABŞ əsgərləri təmin edəcək. YPG-nin Menbiçdən çəkilməsinə iki ölkə nəzarət edəcək” deyib.
 
YPG HEÇ BİR HALDA OLMAYACAQ
 
Xarici işlər naziri Mövlud Çavuşoğlu sözlərini belə davam etdirib: "YPG-nin olduğu regionların sabitliyə qovuşması, kimin idarə edəcəyi məsələləri müzakirə olunur. İdarəetmədə əsas prinsip əhali nisbəti ilə müəyyən olunacaq. YPG heç bir şəkildə olmayacaq. Menbiçdən YPG çəkiləndə orada ABŞ və Türk əsgərləri olacaq. YPG-nin çəkilməsinə birgə nəzarət edəcəyik. Buranın təhlükəsizliyini ABŞ və Türkiyə birgə təmin edəcək. Əvvəl bu modeli Menbiçdə həyata keçirəcəyik, daha sonra digər yerlərə bu modeli tətbiq edəcəyik. Bu Raqqa üçün də, Fəratın şərqində YPG-nin nəzarətindəki yerlər üçün keçərli olacaq".
Müxalifət.az