Menbiçdə PKK-ya böyük şok! İLK ZƏRBƏ ONLARDAN GƏLDİ

Baxış sayı:
4936

Suriyanın Hələb şəhərinə bağlı Menbiç bölgəsində kəndlilər, terror təşkilatı PKK-nın nəzarət məntəqələrinə hücum edərək terrorçuları qovub.
 
Suriyanın Hələb şəhərinin Menbiç rayonunda kəndlilər, terror təşkilatının zülmünə etiraz edərək PKK-nın nəzarət məntəqələrinə hücum edib. Nəticədə kəndlilər, regiondan PKK-lı terrorçuları qovub. Qeyd edək ki, PKK\YPG terrorçuları son həftələrdə bölgədə yaşayan bütün ailələrə hücum edərək evdəki uşaqları qadın-kişi demədən silah altına alır, qısa silah təlimi verərək cəbhəyə göndərirlər. Bu da əhalinin haqlı narazılığına səbəb olur.
Ayrıca, Suriya sərhədində kömək məqsədi ilə göndərilən Jandarm Xüsusi Hərəkat (JÖH) və Polis Xüsusi Təyinatlı dəstələri, Qaziantepin İslahiyə rayonundakı Müştərək Vəzifə Mərkəzindən yola çıxıb.
Türk Silahlı Qüvvələri (TSQ) Afrində terror təşkilatları PYD/PKK-İŞİD-ə qarşı yeridilən “Zeytun Budağı” Hərəkatı çərçivəsində vəzifəli JÖH və Polis Xüsusi Təyinatlılarıı ilə təhlükəsizlik gözətçiləri, İslahiyə rayonunda qurulan Daxili İşlər Nazirliyi Müştərək Vəzifə Mərkəzindən zirehli maşınlar və mikroavtobuslarla sərhədə doğru hərəkət edib.
Hərbi və mülki vasitələrin hərəkət etməsindən sonra bir hərbi vertolyot da təhlükəsizlik məqsədi ilə konvoya müşayiət etmək üçün havaya qalxıb.
Xüsusi təyinatlıların Afrinə göndərilməsi əməliyyatda ikinci mərhələnin başlaması ilə əlaqəlidir. Belə ki, artıq bölgədə ikinci bir mahal mərkəzi olan Raco-nun azad olunduğu elan olundu. Xüsusi təyinatlıların da bilavasitə şəhər mərkəzlərində məhəllə döyüşlərində istifadə olunacağı bildirilir.
Müxalifət.az