Menbiç ya həll olacaq, ya da... – “EKONOMİST” YAZDI

Baxış sayı:
3625

“Economist” jurnalı, Türk Silahlı Qüvvələrinin ABŞ ilə qarşılaşma riskinə baxmayaraq kursunu Menbiçə çevirdiyi halda, şəhərin, ya bir nizama, ya da müharibənin daha da qızışma nöqtəsinə çevriləcəyini yazıb.
 
İngiltərədə dərc olunan həftəlik “Economist” jurnalı, Afrin şəhər mərkəzini nəzarət altına alan Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) ABŞ ilə qarşılaşma riskinə baxmayaraq kursunu Menbiçə çevirdiyi halda, şəhərin, ya bir nizama, ya da müharibənin daha da qızışma nöqtəsinə çevriləcəyini yazıb.
Türkiyənin Afrindən sonra əməliyyat keçirməsi gözlənən Menbiçdə 2 minə yaxın ABŞ əsgəri var.
 
ƏRDOĞANIN SÖZLƏRİ İLƏ BAŞLADI
 
Yazı, prezident Rəcəb Tayyib Ərdoğanın Afrinin nəzarət altına alınmasından bir gün sonra Çanaqqala Döyüşünün ildönümündə Qərbə verdiyi bu mesajları xatırladaraq başlayır:
“Dünən Çanaqqalada bizi əsir etməyə çalışanlara dərslərini vermişdik, bu gün sərhədlərimiz boyu qurmağa çalışdıqları terror dövləti ilə müstəqilliyimizə və gələcəyimizə göz dikənlərə eynisini edirik".
Yazı, belə davam edir:
“Afrindəki qələbənin ertəsi günü Türklər, 1-ci Dünya Müharibəsində Osmanlı dövlətinin yeganə böyük qələbəsi olan Çanaqqala döyüşünün ildönümünü qeyd edirdi. Ərdoğan bu iki müharibəni bir araya gətirdi. Qərbi Türkiyəyə qarşı Kürd qüvvələri müdafiə etməklə ittiham etdi.
Amerika və Almaniya Türkiyəni Suriyadakı acıları artırmaqla günahlandırarkən, Ərdoğan tənqidləri tək bir mülki insanın burnunun qanamasına imkan vermədikləri iddiası ilə rədd etdi. Türk rəsmiləri indi də Suriyanın şimali və İraqa, yəni YPG-nin ana təşkilatı olan PKK-nın bazalarına qarşı əməliyyat keçirməyi düşünür.
 
2 MİN AMERİKA ƏSGƏRİ ORADA
 
Ancaq Türkiyənin planları ilə bağlı bir problem var: Suriyalı Kürdlərin Menbiçdən İraq sərhədinə uzanan şərq qalalarında 2 minə qədər Amerika əsgəri var. Amerika hava qüvvələrinin dəstəklədiyi YPG, İŞİD-i məğlubiyyət həddinə gətirdi. İndi Türkiyə NATO müttəfiqi Amerikanın yolundan çəkilməsini istəyir. Beləliklə, ən az İŞİD qədər böyük bir təhdid olaraq gördüyü YPG-nin ardınca düşəcək".
Müxalifət.az