Menbiçə ərəb qoşunu yeridilir: ABŞ-ın şok planı

Baxış sayı:
5590

Misir və BƏƏ rəsmiləri terrorçuların nəzarətindəki Suriyanın Menbiç bölgəsinə səfər edib. Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə MOSSAD-a yaxın mətbuat orqanı sayılan "Debka" informasiya yayıb. Məlumata görə, ABŞ əsgərlərinin bölgədən çıxarılmasından sonra nəzarət Misir və BƏƏ-yə təhvil verilə bilər. Hətta bununla bağlı BƏƏ, Misir və Ağ Ev mütəmadi olaraq sıx təmasdadırlar. Nəşr bir sıra digər ərəb ölkələrinin də Suriyaya İran təhdidinə qarşı ordu yeritməyə hazırlaşdığını qeyd edib.