​Melaniya Trampla bağlı inanılmaz iddia - BÜTÜN AMERİKA BUNDAN DANIŞIR

Amerika prezidenti Donald Trampın xanımı Melaniya Tramp yenə ölkə gündəminin müzakirəsindədir.
Hurriyyet.org-un verdiyi xəbərə görə, srağagün Porto-Rikoda baş verən firtınadan sonra Tramp açıqlama verərkən xanımı zahiri görünüşü və hərəkətləri ilə böyük diqqət çəkib. Soyuqqanlı davranışları, iri günəş eynəyi və həmişəkindən fərqli olan burnu ilə sosial mediada müzakirə açıb: Bu adam gerçək Melaniyaya bənzəmir. Birinci ledi dublyordanmı istifadə edir?
Trampın açıqlama zamanı “xanımım Melaniya da buradadır” deməsi də sosail şəbəkədəki söz-söhbətlərin artmasına rəvac verib. Bəziləri onun bu cumləsini “xanımını gözə soxmağa çalışmaq” kimi yorumlayıb.
Başda Amerika və ingilis mətbuatı olmaqla dünya ictimaiyyətinin müzakirə etdiyi bu iddialar oxuculara təqdim olundu.