​Melaniya Trampın təyyarəsinə duman doldu, məcburi eniş etdi

Baxış sayı:
12301

ABŞ-ın birinci ledisi Melaniya Trampın olduğu təyyarənin kabinəsinə dolan duman məcburi enişə səbəb olub.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın Filadelfiyadan havaya qalxan şəxsi təyyarəsi içəri sızan duman və yanıq qoxusu ilə əlaqədar Merilendə geri dönüb. 
Təyyarədəki sərnişinlərə yaş dəsmallar paylanıb. 
Qeyd edək ki, birinci xanım Filadelfiyada narkotik asılılığından əziyyət çəkənlər və onların ailələri ilə görüşəcəkdi.