Melanie Trampın valideynləri ABŞ vətəndaşı oldu

Baxış sayı:
658

ABŞ prezidenti Donald Trampın xanımı Melanie Trampın anası və atası ABŞ vətəndaşlığına keçib.
 
Melanianın valideynləri Viktor və Amalija Knavs, Nyu-Yorkda aparılan vətəndaşlıq mərasimində and içərək, Amerika vətəndaşlığına keçib.
Tramptan 2 yaş böyük 74 yaşlı ata Viktor, Amerikaya gəlməzdən əvvəl Sloveniyada avtomobil qalereyasında, ana Amalijnin də tekstil fabrikində çalışdığı qeyd olunub.
Hazırda təqaüddə olduğu bildirilən Knavs ailəsi, Amerikada "Yaşıl Kart" kimi bilinən daimi oturum izni ilə yaşayırdı.
Cütlüyün oturma izni qızları Melanie Trampın yardımı ilə alıb almadıqları isə açıqlanmayıb.
ABŞ-da sistem, yaşıl kartı olan və ya vətəndaşlıq alan miqrantların birinci dərəcədən yaxınlarını daimi olaraq ölkəyə gətirmələrinə icazə verir.
Qeyd edək ki, prezident Tramp, "zəncir köçü" deyə, adlandırdığı ailə əsaslı bu sistemə, Konqresdə özü kimi düşünən digər Respublikaçılarla köçkün siyasətlərindəki aktlar çərçivəsində, sadəcə, həyat yoldaşı və uşaqları əhatə edəcək şəkildə məhdudlaşdırma gətirmək istəmişdi.

Müxalifət.az