​Meksikada neft oğurluğu faciə ilə bitdi: 66 ölü, 76 yaralı

Baxış sayı:
7816

Meksikanın Hidalqo əyalətində yerli sakinlərin “Pemeks” boru xəttindəki sızıntıdan neft oğurlamaq cəhdləri partlayışla nəticələnib. Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində 66 nəfər həlak olub, 76 nəfər yaralanıb. Neft kəmərindəki sızıntının bir müddətdir davam etdiyi, Meksika polisinin ərazidəki insanların neft daşımasının qarşısını almaq üçün keşik çəkdiyi bildirilir. Qeyd edək ki, Meksika ərazisində qəzalı vəziyyətdə xeyli sayda neft boruları olduğundan tez-tez partlayış baş verir.