Meksikada cinayətkarlar polislərə hücum edib: 4 ölü, 6 yaralı

Baxış sayı:
2380

Meksikanın Çiuaua ştatında cinayətkar qruplaşmanın üzvləri polislərə hücum edib.

Hücum nəticəsində 4 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb, 1-i isə cinayətkarlar tərəfindən əsir götürülüb.

Ştatın təhlükəsizlik üzrə komissiyasının məlumatın əsasən, hücum edən şəxslər "Huares" kartelinin tərkibində olan "La-Linea" cinayətkar qruplaşmasının üzvləri olub. (Trend)