Mehriban Əliyevaya yeni köməkçi təyin edilib

Birinci vitse-prezident Mehriban Əliyevaya yeni köməkçi təyin edilib.
 
Gündüz Kərimov birinci vitse-prezidentin sayca 4-cü köməkçisidir.
Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazaxda anadan olub. 1994-cü ildə Göygöl şəhər 1 saylı orta məktəbini bitirib.
1994-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub, 1998-ci ildə bakalavr, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib.
1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş "Beynəlxalq humanitar hüquq" üzrə müsabiqədə 2-ci yer qazanıb.
2002-ci ildə ABŞ İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib.
2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. 2008-ci ildə "Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi" mövzusunda hüquq üzrə fəlsəfı doktor alimlik dərəcəsi alıb.
1998-2014-cü illlərdə bank sahəsində, Beynəlxalq Qırmızı Xaç Komitəsində, BDU-da müəllim, hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb.
2014- cü ildən köməkçi təyin edilənə kimi BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.
Evlidir, iki övladı var.