​Mehriban Əliyeva İlham Əliyev üçün qutab bişirdi – AD GÜNÜ ÜÇÜN

Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva şəxsi “İnstagram” şəhifəsində növbəti ailə fotoşəklini paylaşıb.
Şəkildə ölkənin birinci xanımı Mehriban Əliyeva mətbəxdə qutab bişirdiyi yerdə əks olunub.
“Ananın bişirdiyi daha ləzzətlidir!” – Leyla Əliyeva fotoşəkli bu cür şərh edib.
Xatırladaq ki, bu gün Azərbaycan prezidentinin ad günüdür. İlham Əliyev 55 illik yubileyini qeyd edir.