​"Mehmetçik"dən terrorçulara AĞIR ZƏRBƏ: 40 avtomobil birdən...

Baxış sayı:
10570

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən Afrindəki terrorçu qruplaşmalara qarşı həyata keçirilən “Zeytun budağı” hərəkatı 35-ci gününə qədəm qoyub.
Hərəkatın 34-cü günündə birləşmiş qüvvələr 8 kəndi terrorçulardan azad edib, 99 nöqtədə nəzarəti ələ keçirib. PKK/PYD-li terrorçulardan təmizlənən bölgə ilə Afrin şəhərini çevrələyən hilal tamamlanıb.
Kilis bölgəsi yaxınlığında Şeyx Huruz bölgəsindəki terrorçu hədəfləri bombardman altında saxlanılır. Türkiyə Silahlı Qüvvələri Baş qərargahlığından verilən məlumata görə, hərəkatda 1829 terrorçu məhv edilib.
Bundan başqa, Afrində PKK/KCK/PYD-YPG və İŞİD təşkilatların aid 30-40 avtomobildən ibarət hərbi karvanı atəşə tutulub. Baş qərargahlıq həmin əməliyyatın görüntülərini Yutuba tükləyib və tvitter hesabından paylaşıb. Lakin Yutub görüntüləri şirkətin siyasətinə uyğun gəlmədiyi və vizual baxımdan narahatlıq verdiyi üçün silib./publika/