​“Mehmetçik” bu ölkədə türk bayrağı qaldırdı – XÜSUSİ ƏMƏLİYYAT

Türkiyə ordusu Şimali İraqın Zap bölgəsində PKK terrorçularını təmizləyərək, türk bayrağı qaldırıb.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, xüsusi təyinatlı qüvvələrin 2008-ci ildəki “Günəş əməliyyat”ından 9 il sonra ilk dəfə Zap bölgəsində əməliyyata başlayıb.
Əməliyyatın əsas hədəfi Kokozer bölgəsində PKK mağaralarının məhv edilməsidir.
Türkiyə Silahlı Qüvvələrinin verdiyi açıqlamada Zap bölgəsində 51 terrorçunun məhv edildiyi deyilir.
Təhlükəsizlik və terrorla mübarizə üzrə mütəxəssis Abdullah Ağar bu gün Tvitter hesabında Zapda Türkiyə bayrağının qaldırıldığı anın fotolarını paylaşıb.