Mehman Əliyevin 29 illik fəaliyyətində ilk verilən fasilə - ARİF ƏLIYEV YAZIR

Azərbaycan mediasında çalışdığı 29 il ərzində ilk dəfədir ki, Mehman Əliyev peşə fəaliyyətinə fasilə verməli olur: yolu həbsxanadan düşüb. Həmkarlarından kiminsə burnu qanayanda Mehman birincilər sırasında köməyə yetirdi. Xatırlayarlar, yəqin, dar ayaqda "Turan"ın əlini çiynində hiss edən yoldaşlarımız. İndi Mehmana dayaq durmaq vaxtıdır. "Molodyoj Azerbaydjana"nın "Nəcəf məktəbi"ndən çıxmış , yeni Azərbaycan mətbuatının formalaşmasında rol oynamış, ölkənin birinci müstəqil informasiya agentliyinə uzun illər rəhbərlik etmiş, ilk uğurlu və peşəkar media sahibkarlarımızdan biri kimi tanıdığımız Mehman bəyin 60 yaşında mükafatı "qanunsuz sahibkarlıq fəaliyyətinə görə" qoluna vurulan qandallar olmamalıdır! Mehman Əliyevin 60 illik yubileyini azadlıqda keçirməsi üçün bacardığımızı əsirgəməyək.

Arif Əliyev (facebook.com)