​Mehman Əliyev saxlanıldı – "TURAN"ın DİREKTORU TƏCRİDXANAYA APARILDI

19:46
Contact.az saytının məlumatına görə, Turan agentliyinin direktoru Mehman Əliyev 231.1 (vergi ödənişindən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələr üzrə şübhəli şəxs kimi saxlanılıb. O, Vergilər Nazirliyinin İstintaq İdarəsindən Yasamal rayon polis idarəsinə aparılıb və hazırda oradadır. Ona dövlət vəkili təklif ediblər. Amma Əliyev imtina edib və vəkilinin Fuad Ağayev olduğunu bildirib.
48 saat ərzində o, qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılmalıdır.

19: 21

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev Yasamal Rayon Polis İdarəsinin təcridxanasına çatdırılıb.
Bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildirilib.
Mənbəyə görə, Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittiham irəli sürülüb: iri məbləğdə vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə.

17:57

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qoruma altına alınıb.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org-a bildiriblər ki, onun barəsində həbs tədbiri seçilib.

17:17

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev saxlanılıb.
Hüquq-mühafizə orqanlarından virtualaz.org-a bildiriblər ki, jurnalist Vergilər Nazirliyi İstintaq İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Xəbər yenilənir.