Mehman Əliyev həbs olunmayıb, amma... - AÇIQLAMA

“Turan” agentliyinin direktoru Mehman Əliyevin həbs edildiyi haqda xəbər yayılıb.
 
“Turan” agentliyinin əməkdaşları məlumatı dəqiqləşdirmək üçün Mehman Əliyevlə əlaqə yaratmağa çalışıblar. Agentliyin əməkdaşı Mehman Əliyevin özü ilə telefon bağlantısından sonra bildirib ki, yayılan xəbər doğru deyil, o, hazırda vəkililə birlikdə Vergilər İdarəsindədir, cinayət işi ilə bağlı ifadə verir. Agentlikdə prosesin sonunu gözləyirlər.