​Mehman Əliyevə 3 ay HƏBS VERİLDİ

Bu gün Yasamal Rayon Məhkəməsində “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi tədimata baxılıb.
Muxalifet.az xəbər verir ki, məhkəmə təqdimatı təmin edib.
Qərara əsasən, M.Əliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M.Əliyev ötən gün Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 213.1-ci (vergidən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittihamlar irəli sürülüb, barəsində cinayət işi başlanıb.
Daha sonra M.Əliyevin 48 saatlıq saxlanılmasına qərar verilib. O, Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə aparılıb.
Bu gün isə M.Əliyevin barəsində CM-nin 192.2-ci (qanunsuz sahibkarlıq, eyni əməllər) maddəsi ilə ittiham irəli sürülüb.