​Mehman Hüseynovun anası vəfat edib

Baxış sayı:
2572

Həbsdə olan video-bloqer Mehman Hüseynovun anası vəfat edib.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, M.Hüseynovun anası 71 yaşlı Firəngiz Hüseynova bu gün dünyasını dəyişib. O, 3 həftə öncə intensiv ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Bir neçə gün əvvəl M.Hüseynovun anası ilə görüşməsi üçün müraciət edilsə də, Penitensiar Xidmət rəhbərliyi bloqerin davranışlarını əsas gətirərək buna icazə verməmişdi.