Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edildi

Bu gün Suraxanı rayon məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin video-bloqqer Mehman Hüseynova qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi keçirilib.
Muxalifet.az xəbər verir ki, prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.Hüseynov yanvarın 9-da saxlanılıb və məhkəmə qərarı ilə polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək 200 manat cərimə edilib. Sərbəst buraxıldıqdan sonra o, saxlanılarkən igəncələrə məruz qalması barədə müsahibə verib. Bu zaman səsləndirdiyi fikirlərə görə M.Musayev onun böhtan atdığını iddia edib və M.Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib. Şikayət məhkəmə baxışına qəbul edilib. M.Hüseynov barəsində başqa yerə getməmək haqda iltizam tədbiri seçilib./qafqazinfo/