Mehdiyev, Usubov və Ələsgərov KTMT-nin gələcək Baş katibi ilə danışıqlarda - YENİLƏNİB

Baxış sayı:
28663

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşüb.

Virtualaz.org bildirir ki, müstəqillik illərində Azərbaycan-Belarus əlaqələrinin təməlinin 1994-cü ildə dövlət başçıları Heydər Əliyev və Aleksandr Lukaşenko tərəfindən qoyulduğunu xatırladan Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Belarus Prezidentinin qarşılıqlı səfərlərinin və görüşlərinin ikitərəfli münasibətlərimizin inkişafında xüsusi rol oynadığını vurğulayıb.

Söhbət zamanı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə Stanislav Zas arasında bundan əvvəl beynəlxalq təbirlərdə keçirilən görüşlər məmnunluqla xatırlanıb.

Görüşdə Administrasiya rəhbəri Ramiz Mehdiyev 2020-ci ilin yanvar ayından Stanislav Zasın yeni vəzifənin icrasına başlayacağını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırıb və həmin vəzifədə çalışacağı dövrdə də Azərbaycanla Belarus arasında dostluq əlaqələrinin inkişaf edəcəyinə əminliyini ifadə edib.

Administrasiya rəhbəri Ramiz Mehdiyev Belarus Respublikasının Təhlükəsizlik Şurası ilə bundan sonra da yaxın əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

*   *   *13:55

Sentyabrın 18-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xəbəri AzərTAc yayıb.

Görüşdə Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak ediblər.

Xatırladaq ki, Belarus KTMT-nin Baş katibi vəzifəsinə Stanislav Zasın namizədliyini irəli sürüb. O, bu təşkilata 2020-ci il yanvarın 1-dən rəhbərlik etməlidir.