​Mehdi Səlimovun məmurları işdənqovma yöntəmi... – GÖYÇAYIN İCRA BAŞÇISI HƏFTƏNİN BİRİNCİSİ OLDU

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ikinci yerin sahibidir...

Baxış sayı:
16333

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, ötən həftə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “İcra başçısı məmurları görün, hansı səbəbə işdən qovur? - İTTİHAM” başlıqlı məqalənin 6 saytda yayılması ilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimov tutmuşdur. Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “İcra başçısının pilot lahiyələr bazarı azərbayçançılıq idealogiyasına qarşı”, “Nəsimi icra başçısı prezidentin göstərişinə qarşı – SAKİNLƏR ASİF ƏSGƏROVA CƏZA TƏLƏB ETDİ” və “Asif Əsgərov prezident seçkiləri ərəfəsində təxribatla məşğuldur” adlı 3 məqalənin 5 elektron KİV-də yayılması ilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tutmuşdur. Nəhayət mətbuatda adı ən çox hallanan İcra hakimiyyətin başçıları arasında 3-ci yeri isə “Xaləddin müəllimin Şamaxinkada, 18:05-i göstərən saatı” başlıqlı məqalənin 4 saytda yayılması ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutmuşdur. Muxalifet.az