Medvedyevdən ABŞ-a cavab: “BU MÜHARİBƏ ELANIDIR”

Baxış sayı:
658

Rusiyanın baş naziri Medvedev ABŞ-ın Rusiyaya tətbiq edəcəyi sanksiya ilə bağlı etdi açıqlamada, "Buna iqtisadi, siyasi və lazım olduğu təqdirdə digər metodlarla təpki göstərmək lazımdır. Bizim Amerikalı dostlarımız bunu anlamaq məcburiyyətindədirlər" deyərək, dolayısı ilə Vaşinqtonu təhdid edib.
 
Medvedev, sanksiyaların valyuta məzənnəsi də daxil olmaqla, ölkənin iqtisadiyyatını təsir etdiyini bildirib.
Baş nazir sanksiyaların daha əvvəl də bir neçə dəfə tətbiq olunduğunu xatırladaraq, "Bizim ölkəmiz son yüz ildə daimi sanksiya təzyiqi şərtlərində fəaliyyət göstərib. Bu nə üçün edilir? Rusiyanı beynəlxalq aləmdə güclü rəqiblər arasından çıxarmaq üçün aparılır" deyib.
Medvedev, Rusiyanın 20-ci əsrin əvvəlində yaxşı inkişaf etdiyini və Sovet zamanının bütün çətinliklərinə baxmayaraq böyük inkişaf dövrlərinin olduğunu və bunun başda ABŞ ilə müttəfiqlərinin xoşuna gəlmədiyini bildirərək, "İndi də heç nə dəyişmədi. Pis niyyətli iqtisadi rəqabətə ABŞ-ın öz mayeləşdirilmiş qazını satmaq üçün Rusiya qazının Avropaya daşınmasını daxil etmək istəyir. Oxşar tədbirləri Çinə qarşı da istifadə edirlər. Bu Çinlilərin xoşuna gəlmir, bu kimsənin xoşuna gəlmir və bizim vəzifəmiz bütün bu tədbirlərə qarşı dayanmaqdır" deyib.
Müxalifət.az