​Medvedyev göstəriş verdi: ABŞ-a qarşı gizli sanksiya...

Baxış sayı:
3052

Moskva ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına cavab verəcək.
Muxalifet.az xəbər verir ki, sözügedən məsələ barədə artıq Rusiya Baş naziri Dmitri Medvedyev göstəriş verib.
Medvedyev qeyd edib ki, Moskvanın ABŞ-a cavab tədbiri gizli saxlanılır.
Qeyd edək ki, ABŞ Rusiya Təhlükəsizlik Şurasının Baş katibi Nikolay Patruşev və "Qazprom" sədri Aleksey Millerin də aralarında yer aldığı siyahıda 24 nəfər və 14 təşkilata qarşı yeni sanksiyalar tətbiq edib.