​Medvedev yenidən Rusiyanın baş naziri oldu

Baxış sayı:
7267

Dmitri Medvedev yenidən Rusiyanın baş naziri vəzifəsinə təsdiqlənib.
 
Muxalifət.az xəbər verir ki, bu gün Dövlət Dumasının plenar iclasında hökumət başçısı vəzifəsinə Dmitri Medvedevin təyin olunması məsələsinə baxılıb, onun namizədliyi səsə qoyulub.
D. Medvedevin lehinə 374 nəfər deputat səs verib, 56 nəfər isə əleyhinə olub. Beləliklə, baş nazir vəzifəsinə D. Medvedevin namizədliyi təsdiqlənib.